BQXK-ya məxsus avtomobillər aksiya keçirilən ərazidən Xankəndi istiqamətinə keçib – VİDEO – YENİLƏNİB

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin maneəsiz keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, BQXK-nin Laçın istiqamətindən gəlib, Xankəndiyə gedən karvanı 8 minik, 6 yük maşınından ibarət olub.
Minik avtomobillərində erməni əsilli sakinlər olub.
***
saat 11.15
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Laçın-Xankəndi yolundan mülki avtomobillərin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, Xankəndindən gələn Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillər Laçın istiqamətinə maneəsiz keçid edib.
BQXK-ya məxsus avtomobil karvanı 1 yük, 8 minik avtomobilindən ibarət olub. Minik avtomobillərində erməni əsilli sakinlər də olub.