İqtisadiyyat

bp “Şahdəniz”də daha 3 quyunu istismara verməyi planlaşdırır – Qeri Cons

Bakı. Trend:

bp bu il “Şahdəniz” qaz-kondensat yatağında daha 3 quyunu
istismara verməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə bp-nin Azərbaycan, Gürcüstan
və Türkiyə üzrə prezidenti Qeri Cons Fevralın 3-də Bakıda keçirilən
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu
iclasında çıxışında deyib.

Onun sözlərinə görə, şirkət beşinci, şimal-şərq cinahını da işə
salmağı planlaşdırır.

Qeri Cons bu sayədə Cənub Qaz Dəhlizi ilə qaz nəqlinin daha da
artacağını hesab edir.

“Quyu proqramımız üzrə işlər də irəliləməkdədir. Planlaşdırılmış
26 quyudan artıq 21-i qazılıb, 19-u isə tamamlanıb − Onlardan dörd
cinah üzrə 14-ü artıq istismardadır”, – regional prezident qeyd
edib.

Qeyd edək ki, Azərbaycan Respublikası Energetika Nazirliyinin
məlumatlarına görə, 2022-ci ilin yekunlarına əsasən, “Şahdəniz”
yatağında 25,2 milyard kubmetr təbii qaz hasil olunub.

“Şahdəniz”in təsdiqlənmiş ehtiyatları 1,2 trilyon kubmetr qaz və
240 milyon ton kondensat olaraq dəyərləndirilir.

“Şahdəniz” layihəsində iştirak payı aşağıdakı kimidir: bp
(operator) – 29,99 faiz, LUKOYL – 19,99 faiz, TPAO – 19 faiz, SOCAR
– 14,35 faiz, NICO – 10 faiz və SGC – 6,67 faiz.

Tvitter: @Lyaman_Zeyn

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button