BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmasını dəstəkləyir – Vladanka Andreyeva

Bakı. Trend:
BMT Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinə nail olmasını
dəstəkləyir.
Trend-in məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı
rezident əlaqələndiricisi Vladanka Andreyeva FAO-nun Azərbaycanda
birgə fəaliyyətinə həsr olunmuş regional seminar zamanı deyib.
Onun sözlərinə görə, tərəflər arasında inklüziv artım, dövlət
xidmətləri göstərən daha güclü institutların yaradılması, o
cümlədən təhlükəsizlik məsələlərinin inkişafına yönəlmiş birgə
tərəfdaşlığa dair çərçivə sazişi imzalanıb.
“İnanıram ki, seminarın bugünkü işi məhsuldar olacaq”, – o
deyib.
V.Andreyeva həmçinin, dünyada hər 10-cu insanın aclıqdan əziyyət
çəkdiyini xatırladıb.
“Dünya ölkələri vəziyyəti müsbət tərəfə dəyişmək üçün birgə
fəaliyyət göstərməlidir. 2030-cu ilədək dünya dayanıqlı inkişaf
üzrə qoyulan hədəflərə nail olmayacaq”, – BMT koordinatoru əlavə
edib.
Xəbər yenilənəcək