İqtisadiyyat

Banklar kartlardakı depozit gəlirindən vergi tutacaq

Bakı. Trend:

Azərbaycanda buraxılmış bank kartları üzrə vəsait qalığına
hesablanan gəlirdən 10 faiz dərəcəsi ilə vergi tutulacaq.

Bu barədə cümə günü Trend-ə maliyyə bazarındakı mənbə
bildirib.

Mənbənin sözlərinə görə, bu faiz bank tərəfindən tutularaq
Dövlət Vergi Xidmətinə (DVX) ödəniləcək.


“Ümumiyyətlə, vətəndaşın əldə etdiyi istənilən faiz gəlirindən
10 faiz dərəcəsi ilə vergi tutulacaq”, – deyə məlumatda qeyd
olunub.

Qeyd edək ki, 2016-cı ildə Dövlət Vergi Xidməti depozitlər üzrə
mənfəətin yeddi il müddətinə vergidən azad edilməsi haqqında qanun
qəbul edib. 2023-cü il fevralın 1-də bu müddət başa çatıb. Bundan
sonra əmanətin bütün məbləğindən deyil, yalnız mənfəətin
məbləğindən vergi tutulacaq.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button