Cəmiyyət
Bakıda partlayışda xəsarət alan Pakistan vətəndaşlarının vəziyyəti açıqlanıb

Bakının Sabunçu qəsəbəsində baş vermiş partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Sabunçu qəsəbəsində baş vermiş partlayış nəticəsində xəsarət almış Pakistan vətəndaşları Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə qəbul olunublar:
“Hadisə zamanı evdə olan və bədən xəsarəti alanlardan 4-nün vəziyyəti orta ağırdı. Üzlərində, boyunlarında, əllərində, ayaqlarında 2-3-cü dərəcəli termiki yanıq diaqnozu ilə reanimasiya şöbəsində müalicələrini davam etdirirlər”.