Bakıda bu mənzillərə tələb artıb

Bakı. Trend:
2022-ci ildə Azərbaycanda mənzil bazarında son 4 ildə ən yüksək
artım qeydə alınıb.
Bu barədə Trend-ə
İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.
Mərkəz tərəfindən keçirilən monitorinqə əsasən, ötən il qiymət
artımları gözləntilərdən daha çox olub.
2022-ci ildə mənzil bazarında əvvəlki illər ilə müqayisədə daha
ciddi qiymət artımları müşahidə olunub. Qiymət artımları həm
yaşayış sahələrində, həm də qeyri-yaşayış əmlakda da qeydə alınıb.
2022-ci ildə qeyri-yaşayış sahələrinə (ofislər və obyektlər)
tələbin artması müşahidə olunub. Nəticədə qeyri-yaşayış sahələrində
qiymət artımı yaşayış mənzil və evlərinə nisbətən daha çox
olub.
2022-ci ildə xüsusən qiyməti 150 min manatadək olan mənzillərə
tələbin artması müşahidə olunub. Qiyməti 150 min manatadək olan
mənzillərin qiymətində 8.3 faiz artım qeydə alınıb. 150-250 min
manat qiymət aralığında təklif olunan mənzillər 7.1 faiz dəyər
qazanıb. Ötən il daha bahalı mənzillərin qiymətində də 3.4 faiz
artım qeydə alınıb. Bütövlükdə, əqdlərdə mənzillərin xüsusi çəkisi
nəzərə alınmaqla 2022-ci ildə mənzillərin qiymətui 7.8 faiz,
qeyri-yaşayış sahələrin qiyməti isə 8.4 faiz artıb.
Qeyd edək ki, rəsmi statistikaya görə, illik inflyasiya 2022-ci
ildə orta illik inflyasiya 13,8% olub. 2022-ci ildə də
inflyasiyanın yüksəlməsinə ərzaq məhsullarının bahalaşması daha çox
təsir göstərib. İnfilyasiyanın birbaşa və dolayı olaraq əhəmiyyətli
hissəsinin xarici mənşəli olduğu bildirilir.