Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi layihəsi 2024-cü ilə qədər tamamlanacaq – Gürcüstanın baş naziri

Bakı. Trend:
Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi layihəsi
2024-cü ilə qədər tamamlanacaq
Trend-in məlumatına görə, bunu Gürcüstanın baş naziri İrakli
Qaribaşvili Davosda keçirilən Dünya İqtisadi Forumunda “Avrasiya
Orta Dəhlizi: Yoldan Magistral yola” mövzusunda panel sessiyasında
çıxışı zamanı deyib.
“Gürcüstanla Azərbaycan arasında etibarlı tərəfdaşlıq zamanla
sınaqdan çıxıb. Biz birlikdə neft və qaz kəmərləri kimi çox mühüm
tarixi layihələri həyata keçirmişik və indi də nəqliyyat sektorunda
bunu gözləyirik”, – o deyib.
Baş nazirin sözlərinə görə, Azərbaycan və Gürcüstanı dəmir və
avtomobil yolları birləşdirir və Bakı-Tbilisi-Qars dəmir yolu bu
baxımdan iki ölkə üçün strateji əhəmiyyətli nəqliyyat
layihəsidir.
“Hazırda biz dəmir yolunun modernləşdirilməsi layihəsini həyata
keçiririk ki, bu layihə 2024-cü ilə qədər yükdaşıma qabiliyyətini
48 milyon tona çatdıracaq. Azərbaycanla birgə həyata keçirilən
layihə hazırda davam edən Bakı-Tbilisi-Qars dəmir yolunun
genişləndirilməsidir. Ən son olaraq, Azərbaycan bu layihəyə əlavə
maliyyə ayırıb. Biz onun da 2024-cü ilə qədər hazır olacağını
gözləyirik. Bu, yükdaşımaların 5 milyon tona qədər artırılmasını
təmin edəcək”, – Qaribaşvili əlavə edib.