İqtisadiyyat

AZAL təyyarə parkını müasir “Airbus A320Neo” ilə genişləndirib (FOTO)

Bakı. Trend:

Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) 2030-cu ilə qədər
inkişaf strategiyası çərçivəsində donanmasını yeni müasir dar
gövdəli “Airbus A320Neo” və geniş gövdəli “Boeing 787-8 Dreamliner”
təyyarələri ilə yeniləyəcək.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bu günə
kimi aviaşirkət üç Airbus A320Neo təyyarəsi alıb və onlar artıq
uçuşları həyata keçirməyə başlayıblar.

“Airbus A320Neo” uçuş zamanı sərnişinlərə əlavə rahatlıq təmin
edən ən son texnologiyalarla təchiz olunmuş müasir ekonom
təyyarədir. Təyyarələr sərnişinlər üçün daha da böyük rahatlıq
təmin edən müasir səs izolyasiyası sistemi ilə seçilir. “Airbus
A320Neo” həm də öz sinfində daha səmərəli və ekoloji cəhətdən
təmizdir.


Aviaşirkətin donanmasının müasir 186 ekonom sinif oturacaqlı
“Airbus A320Neo” təyyarələri ilə genişləndirilməsi AZAL-ın
beynəlxalq aviasiya bazarında mövqeyini möhkəmləndirəcək, rəqabət
qabiliyyətinə töhfə verəcək və əhalinin tədricən daha əlverişli
qiymətlərlə aviabiletlərin əldə edilməsinə imkan yaradacaq.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button