İqtisadiyyat
Azərbaycanın qeyri-neft ixracı I rübdə 23,2% artıb

Bakı. Trend:
Bu ilin yanvar-mart aylarında Azərbaycanın qeyri-neft ixracının
dəyəri 912,2 mln ABŞ dolları təşkil edib.
Trend xəbər verir ki, ixracın və İnvestisiyaların Təşviqi
Agentliyinə – AZPROMO-ya istinadən verdiyi məlumata görə, bu,
2022-ci ilin analoji dövrü ilə müqayisədə 23,2% çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı illik
müqayisədə 12,3% artaraq 3 047,67 mln ABŞ dollarına bərabər
olub.