İqtisadiyyat

Azərbaycandan Rumıniyaya qaz nəqlinə dair Saziş imzalandı

Bakı. Trend:

2023-cü il fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası
çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)
və Rumıniyanın “Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində
Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə
dair Saziş imzalanıb.

SOCAR-dan Trend-ə bildirilib ki, Saziş 2022-ci il oktyabrın
19-da və dekabrın 16-da SOCAR və “Romgaz S.A.” arasında imzalanan
sənədlərin davamı hesab olunur.


İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının
formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac
coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq
əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji
təhlükəsizliyinə və “yaşıl enerji” strategiyasına mühüm töhfə
verəcəkdir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button