Cəmiyyət
Azərbaycanda son sutkada COVID-19 əleyhinə vaksin olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 353 vaksin vurulub.
Bu barədə APA-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 34, 3 və daha çox doza üzrə vaksinasiya olunanların sayı 173, pozitiv nəticədən sonra “Buster doza” vaksin olunanların sayı isə 24-dür.