İqtisadiyyat
Azərbaycanda siqaret bahalaşdı

Bakı. Trend:
Azərbaycanda siqaretlərin qiyməti bahalaşıb.
Trend-in məlumatına görə, bir çox mağaza və supermarketlər
siqaretlərin qiymətini bahalaşdırıb.
Bu barədə Trend-ə Bakıdakı mağazaların satıcıları məlumat
verib.
Satıcılar bildirib ki, bu gün səhərdən markasından asılı
olmayaraq hər bir siqaret 10 qəpik bahalaşıb. Bəzi siqaretlər isə
20 qəpik bahalaşıb.
Verilən məlumatlara əsasən, “Kent-4” 10 qəpik bahalaşaraq,
3.80-dən 3.90-a, “Winston” 3.70-dən 3.80, “Pall Mall” 2.70-dən 2.80
qəpiyə qalxıb.