İqtisadiyyat

Azərbaycanda baxılan antiinhisar işlərinin sayı açıqlanıb

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda antiinhisar məsələləri və haqsız
rəqabət halları üzrə qaldırılan işlərin sayı 2021-ci illə
müqayisədə üç dəfə, bağlanmış işlərin sayı isə 2,2 dəfə artıb.

Trend-in məlumatına görə, bu barədə İqtisadiyyat Nazirliyi
yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin
rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr olunmuş
mətbuat konfransında deyib.

O, 2022-ci ildə bütünlükdə 48 işə baxıldığını, 2021-ci ildə bu
cür işlərin sayının 22, 2020-ci ildə isə 6 olduğunu qeyd edib.

Xəbər yenilənəcək

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button