İqtisadiyyat

Azərbaycanda aqrar sahə ilə bağlı investisiya proqramı hazırlanır – Aİ

Bakı. Trend:

Aİ xüsusən Azərbaycanın kənd təsərrüfatı sahəsində investisiya
proqramı üzərində çalışır.

Trend-in məlumatına görə, bu barədə Avropa İttifaqının (Aİ)
Azərbaycandakı nümayəndəliyinin əməkdaşlıq şöbəsinin müdiri Viktor
Bojkov Aqrar Məsləhət Xidmətləri üzrə Milli forum zamanı deyib.

Onun sözlərinə görə, Aİ Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı
(FAO) ilə birlikdə Azərbaycanda bu sahənin inkişafını
dəstəkləyir.

“Azərbaycan kənd təsərrüfatı sahəsində böyük potensiala
malikdir. Biz istər kənd təsərrüfatının, istərsə də istehsalatın
inkişafını sürətləndirmək üçün öz ölkələrimizin təcrübəsini
Azərbaycanla paylaşmağa hazırıq. Biz bu sektorun investisiya tələb
etdiyini bilirik, buna görə də Aİ Azərbaycanın xüsusən kənd
təsərrüfatı sahəsinin investisiyalaşdırılması üzrə proqram üzərində
çalışmaqdadır. Proqramın reallaşdırılması həm qrant, həm də kredit
ayırma şəklində ola bilər”, – o əlavə edib.

Xəbər yenilənəcək

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button