Gündəm
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib: “Hər zaman Türkiyənin yanındayıq”

“Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq”.
“Qaynarxett” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
“Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan hər zaman Türkiyənin yanındadır”, – nazirlikdən qeyd olunub.