Gündəm
Azərbaycan və İsrail arasında hərbi-texniki əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla İsrailin müdafiə naziri Yoav Qallant hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Bu barədə “Qaynarxett”a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirlərin telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik məsələlərini, eləcə də ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Qeyd edək ki, fevralın 1-də Z.Həsənovla Y.Qallantın təşəbbüsü ilə telefon danışığı olub.