İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Bakı. Trend:

Yanvarın 27-də İtaliyanın Auqusta limanında CIF bazisi üzrə
Azərbaycanın “Azeri Light” markalı neftin bir barelinin qiyməti
1,03 dollar ucuzlaşaraq 88,91 dollar olub.

Trend bu barədə ölkənin neft-qaz bazarındakı
mənbəyə istinadən xəbər verir.

Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə “Azeri Light”
markalı neftin bir barelinin qiyməti 1,00 dollar ucuzlaşaraq 86,85
dollar olub.

Azərbaycanın Rusiyanın Qara dənizdəki Novorossiysk limanından
Bakı-Novorossiysk boru kəməri ilə satdığı URALS markalı neftin bir
barelinin qiyməti əvvəlki göstəricidən 0,85 dollar ucuzlaşaraq
48,89 dollar olub.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin
bir barelinin qiyməti yanvarın 27-də 0,91 dollar ucuzlaşaraq 85,99
dollar olub.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button