Gündəm

Azərbaycan Misirdə 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan Misir Ərəb Respublikasının Qahirə şəhərində 54-cü Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Bu barədə “Qaynarxett”a Azərbaycanın Misirdəki Səfirliyindən bildirilib.

Fevralın 5-dək davam edəcək sərginin açılış mərasimində Misir Ərəb Respublikasının Baş naziri Mustafa Mədbuli çıxış edərək sərginin işinə və iştirakçılara uğurlar arzulayıb.

Sərgidə Azərbaycan üçün ayrılmış pavilyonda ölkəmizin mədəniyyətini, tarixini, coğrafiyasını, ədəbiyyatını təbliğ edən kitablar və jurnallar nümayiş etdirilir. Eyni zamanda, böyük maraq doğuran Azərbaycan pavilyonunda ziyarətçilərə Azərbaycan haqqında ətraflı məlumatlar verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button