Azərbaycan iqtisadiyyatına ötən il 18 milyard manatdan çox investisiya qoyulub

Bakı. Trend:
2022-ci ildə Azərbaycanda əsas kapitala 18 milyard 272,3 milyon
manat məbləğində, yaxud 2021-ci il ilə müqayisədə 5,5 faiz çox
vəsait yönəldilib.
Bu barədə Trend-ə
Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 9,8 faiz
azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 13,6
faiz artıb. İstifadə olunmuş vəsaitin 10 milyard 611,3 milyon
manatı və ya 58,1 faizi məhsul istehsalı sahələrinə, 6 milyard
735,6 milyon manatı (36,9 faizi) xidmət sahələrinə, 925,4 milyon
manatı (5,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf
olunub.
Qeyd edək ki, əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard
718,9 milyon manatını və ya 80,6 faizini daxili vəsaitlər təşkil
edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 13 milyard 461,5 milyon
manatı və ya 73,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin
yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və
təşkilatların vəsaitləri 49,3 faiz, büdcə vəsaitləri 36,4 faiz,
əhalinin şəxsi vəsaitləri 6,7 faiz, bank kreditləri 2,6 faiz, sair
vəsaitlər isə 5,0 faiz təşkil edib.