İqtisadiyyat

Azərbaycan FAO ilə birgə 60-dan yuxarı kənd təsərrüfatı layihəsi reallaşdırıb

Bakı. Trend:

Azərbaycan FAO ilə birlikdə kənd təsərrüfatı sahəsində 60-dan
yuxarı layihə reallaşdırıb.

Trend-in məlumatına görə, bu barədə bu gün Kənd Təsərrüfatı
Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin idarəetmə
sədri Seymur Mövlayev Türkiyə və Azərbaycandakı FAO
nümayəndəliklərinin birgə fəaliyyətinə həsr olunmuş regional
seminar zamanı deyib.

Onun sözlərinə görə, ölkənin bölgələrində kənd təsərrüfatı
mühiti, həmçinin qida təhlükəsizliyi yaxşılaşdırılıb.

“Belə ki, FAO-nun Türkiyə ofisi ilə birgə layihələr çərçivəsində
biz müxtəlif istiqamətlərdə, o cümlədən kənd təsərrüfatı və
heyvandarlıq sahələrində bir çox layihə reallaşdırmışıq”, – sədr
əlavə edib.

Xəbər yenilənəcək

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button