Azər Türk Bank ötən ili uğurla başa vurdu

Bakı. Trend:
Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2023-cü il tarixinə
aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 140% artaraq,
965,2 milyon manat səviyyəsində olmuşdur.
Bankın kredit portfelinin həcmi 316 milyon manat təşkil etmişdir
ki, bu da ötən ilki göstəriciyə nisbətən 40% çoxdur.
Hesabat dövründə Bankın gəlirləri 95% yüksəlməklə 69,2 milyon
manat, xərclər 58,1 milyon manat olmuşdur.
2022-ci ildə Azər Türk Bank 11 milyon manat həcmində xalis
mənfəət əldə etmişdir ki, bu da ötən dövrdəki göstəricidən
dəfələrlə çoxdur. Qeyd edək ki, 1995-ci ildə təməli qoyulmuş Azər
Türk Bank özünün fəaliyyəti dövründə ilk dəfədir ki, bu həcmdə
xalis mənfəət əldə etmişdir.
Bankın məcmu kapitalının həcmi 23% artaraq, 63,2 milyon manat
olmuşdur.
Cəmi bank öhdəliklərinin həcmi 155% artımla 896 milyon manat
səviyyəsindədir.
Əhali tərəfindən Banka ötən ildəkindən iki dəfə çox, 89,4 milyon
manat məbləğində əmanət qoyulmuşdur. Ümumilikdə Bank 341 milyon
manat həcmində depozit cəlb etmişdir.
Bankın aktivlərinin gəlirlilik əmsalı (ROA) 1,6%, kapitalın
gəlirlilik əmsalı (ROE) dəfələrlə artaraq 22% təşkil etmişdir.
ApplePay və MC MoneySend (xarici bankların MC kartlarına Card to
Card) istifadəyə verilmişdir. Eyni zamanda 2022-ci ildə Visa
Direct, Tap2Phone, JCB və UnionPay beynəlxalq ödəniş sistemlərinə
üzvlük layihələrinə start verilmişdir.
Ötən il ərzində Bank 5 innovativ filialını istifadəyə vermiş,
bir filial isə rəqəmsal konsepsiyaya uyğun yenidən qurulmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2022-ci il tarixli
Fərmanı ilə “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti Azərbaycan
İnvestisiya Holdinqinin idarəetməsinə verilmişdir.