İqtisadiyyat

AYİB Azərbaycana 86 milyon avro investisiya edir

Bakı. Trend:

70 faizdən çoxu yaşıl iqtisadiyyata yönəldilib

  • 2022-ci il ərzində AYİB Azərbaycanda 9 layihəyə 86
    milyon avro investisiya edib
  • Əksər layihələr özəl sektorda, 70 faizdən çoxu isə
    yaşıl iqtisadiyyat çərçivəsində olmuşdur
  • Əsas məqamlara bərpa olunan enerji mənbələri, dayanıqlı
    infrastruktur və rəqəmsallaşma daxildir

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2022-ci ildə
Azərbaycanda 9
layihəyə 86 milyon avro sərmayə qoyub. Bu investisiyaların
əksəriyyəti özəl sektora, 71 faizi ölkənin yaşıl iqtisadiyyatına və
bərpa olunan enerji
dayanıqlı
infrastrukturdan
tutmuş
telekommunikasiya, media və texnologiyaya (TMT)
qədər müxtəlif
sektorlarda olub.

Trend xəbər verir ki, 2022-ci il ərzində AYİB Azərbaycanın
enerji mənbələrini şaxələndirmək məqsədinə əhəmiyyətli töhfə verib.
İnvestisiyalar baxımından Bank ölkənin ilk özəl, geniş miqyaslı və
558 gigavatsaat (GWh) yaşıl elektrik enerjisi istehsal etməsi
nəzərdə tutulan günəş elektrik stansiyasının tikintisini
birgə maliyyələşdirib
.

Eyni zamanda Bank bərpa olunan enerjinin daha da inkişaf
etdirilməsi, sector üzrə aşağı karbon yolunun tətbiqi, milli
elektrik şəbəkəsinin təkmilləşdirilməsi, enerji səmərəliliyinin
artırılması, metan emissiyalarının azaldılması və innovativ
texnologiyaların mərhələli şəkildə tətbiqi üçün Energetika
Nazirliyi ilə tərəfdaşlığını
bir daha təsdiqləmişdir
.

Bank, həmçinin AYİB-in Yaşıl Şəhərlər proqramı
çərçivəsində
Gəncə şəhərində tullantıların idarə olunması sistemini

şəhərin küçələrinin işıqlandırılmasını yaxşılaşdırmaq üçün iki
layihə ilə davamlı infrastrukturun inkişafında aktiv rol
oynamışdır. Azərbaycanın ikinci ən böyük şəhərində yaşayan 300
000-dən çox insan öz şəhər mühitinin yaxşılaşdırılmasından
faydalanacaqdır.

Azərbaycanın təchizat zəncirinin dayanıqlığını dəstəkləmək və
daha geniş Orta Dəhliz tranzit potensialını artırmaq üçün logistik
infrastruktura investisiya qoyulub. Bank özəl müştərisinə enerjiyə
qənaət edən
quru

soyuducu
anbarların tikintisi üçün kreditlər ayırmışdır.

2022-ci il həmçinin AYİB üçün Azərbaycanda bir çox ilklərlə də
əhəmiyyətli olmuşdur. Avropa İttifaqının (Aİ) dəstəyi ilə Bank
istifadə müddəti bitmiş və atılması nəzərdə tutulan batareyaları
təkrar emal edən şirkətə kömək edərək
ilk dairəvi iqtisadiyyat layihəsini
maliyyələşdirmişdir.

Rəqəmsallaşma baxımından Bank ölkənin regionlarında 280 000-dən
çox ev təsərrüfatına ən müasir genişzolaqlı infrastrukturu yaymaq
üçün TMT sektoruna Aİ ilə ilk
birgə sərmayəsini
etmişdir.

Bank həmçinin
Kiçik Bizneslər üçün Məsləhət Proqramı

Ticarətin Asanlaşdırılması Proqramı (TFP)
vasitəsilə kiçik və
orta biznes müəssisələrini (KOB) dəstəkləmişdir. Beş illik
fasilədən sonra Bank tərəfdaş bankı ilə ticarətin
maliyyələşdirilməsi zəmanətini yenidən aktivləşdirdi və ilk
əməliyyatını həyata keçirdi.

2022-ci ildə Bank həmçinin Azərbaycanda öz potensiallarını tam
şəkildə üzə çıxarmaqda kömək etmək üçün perspektivli startapları,
akseleratorları və məsləhətçiləri hədəfləyən Star Venture
proqramına
başladı. Müxtəlif sahələri təmsil edən180-dən çox
startap ərizə təqdim etmiş, onlardan üçü seçilmiş və hər biri
50.000 ABŞ dolları məbləğində qrantla mükafatlandırılmışdır.

Ötən ildə həmçinin
AYİB-in prezidenti Odil Renaud-Bassonun Bakıya ilk səfəri
baş
tutdu. Səfər çərçivəsində prezident İlham Əliyev, nazirlər,
diplomatik korpuslar, digər beynəlxalq maliyyə institutlarının
(BMİ) rəhbərləri, mövcud və potensial özəl sektor müştəriləri ilə
görüşlər olub.

AYİB-in Şərqi Avropa və Qafqaz üzrə İdarəedici Direktoru

Matteo Patrone
gələcəyə nəzər salaraq qeyd etdi: “Biz
Azərbaycanla istər yaşıl maliyyə, istər iqtisadi inklüzivlik, istər
dayanıqlı infrastruktur, istərsə də rəqəmsallaşma sahəsində gələcək
əməkdaşlığımıza dair kifayət qədər nikbinik. Bankın 2022-ci ildə
Azərbaycanla əməkdaşlığı gələcək əməkdaşlıq üçün çox güclü zəmin
yaradır”.

AYİB Azərbaycanda aparıcı institusional investordur və burada
187 layihəyə 3,6 milyard Avro sərmayə qoyub. Bankın
ölkədəki strategiyası
Azərbaycana iqtisadiyyatını
şaxələndirməyə və qeyri-neft özəl sektorunu inkişaf etdirməyə kömək
etməkdən ibarətdir.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button