İqtisadiyyat

Aqrar sahədə bitkiçilik sektorunun payı 50 faizdən çox artıb

Bakı. Trend:

2022-ci ildə ölkə üzrə aqrar sahənin strukturunda bitkiçilik
sektorunun payı 52.3 faiz artıb.

Trend-in məlumatına görə, bunu bu gün kənd təsərrüfatı nazirinin
müavini İlhamə Qədimova 2-ci Aqrobiznesin İnkişafı Forumunda
deyib.

O bildirib ki, hesabat dövründə heyvandarlıq sektorunun payı
47.7% olduğu kənd təsərrüfatı məhsullarının istehsal həcmi faktiki
qiymətlərlə dəyəri: 10.98 mlrd manatdır ki, faizlə ifadə etsək 3.4%
artmış və bununla da kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıqda yaradılan əlavə dəyərin ölkənin ÜDM-də payı 4.8%
olub.


“Bitkiçilik sektoru üzrə payızlıq əkin sahəsi 2.8 % artmışdır.
Kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası
üzrə toplanılan sığorta haqları 2021-ci illə müqayisədə 137 %
artıb..

Bir başqa müsbət göstərici də heyvandarlıq sahəsi üzrə müşayiət
olunur. Belə ki, ət istehsalı 2.9%, süd istehsalı 1.9%, süni
mayalanma yolu ilə alınmış yüksək məhsuldar buzovlar 4.6%, yumurta
istehsalı 8% artmışdır. Arıçılıq sahəsində əlverişli şərait və
göstərilən dövlət dəstəyi nəticəsində istehsal həcmi artmış və ölkə
üzrə tələbat tam ödənilib”, – nazir müavini qeyd edib.

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button