Cəmiyyət

AMEA: “Qanlı göl” ətrafında xarici ölkələrdən gətirilən yox, yerli bitkilər əkilməlidir

“Qanlı göl” ətrafındakı parkda Azərbaycanda yetişdirilən, iqlimə uyğunlaşmış bitkilər əkmək lazımdır.

APA xəbər verir ki, bunu “Qanlı göl” ərazisi üzrə təqdim olunan layihələrə dair ictimai dinləmədə Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi Yusif Zeynalov deyib.

O, göl ətrafında xarici ölkələrdən gətirilən yox, yerli bitkilərin əkilməyini təklif edib:

“Həmişə çalışırıq ki, xaricdən bitki gətirək. Bu da bizim bəlamızdır. Xaricdən gətirilən bitkilərlə bərabər xəstəliklər də gəlir. Nəticədə bu gün şam ağaclarının quruduğunu görürük. Buna görə, “Qanlı göl” ətrafındakı parkda yerli iqlimə uyğunlaşmış bitkilərin, şam ağaclarının əkilməsi önəmlidir”.

Aləmdə Nəsib

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button