Aİ Cənub Qaz Dəhlizinə investisiya cəlb etməyi planlaşdırır – Kadri Simson

Bakı. Trend:
Aİ Cənub Qaz Dəhlizinə investisiyalar cəlb etməyi
planlaşdırır.
Trend xəbər verir ki, bunu cümə günü Avropa İttifaqının enerji
məsələləri üzrə komissarı Kadri Simson Cənub Qaz Dəhlizi üzrə
Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu görüşünün və Yaşıl
Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasının
yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Azərbaycan 2027-ci ilə qədər Cənub Qaz Dəhlizi vasitəsilə
tədarüklərin həcmini 20 milyard kubmetrə çatdırmağı hədəfləyir. Biz
bu dəhlizə investisiya cəlb etməyi planlaşdırırıq və texniki
baxımdan bu, çox səy tələb etmir, çünki artıq boru kəməri var , –
deyə o əlavə edib.
Qeyd edək ki, bu gün keçirilən tədbirlərdə Avropa İttifaqının,
Türkiyə, İtaliya, ABŞ, Böyük Britaniya, Gürcüstan, Macarıstan,
Rumıniya, Bolqarıstan, Yunanıstan, Albaniya, Moldova, Monteneqro,
Serbiya, Ukrayna və Xorvatiyanın yüksək səviyyəli nümayəndələri
iştirak ediblər.
İclaslarda enerji şirkətlərindən SOCAR, BP, BOTAŞ, TANAP, TAP,
TPAO, TAQA, Bulgargaz EAD, Bulgartransgaz, İCGB, Fluxys, ROMGAZ SA,
SACE, Desfa, TotalEnergies, FGSZ Ltd, SNAM, Uniper, Petronas, ACWA
Power, Masdar, Fortescue Future Industries, WindEurope, SolarPower
Europe, maliyyə təsisatlarından isə Dünya Bankı, Beynəlxalq Maliyyə
Korporasiyası, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa
İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı, Asiya
İnkişaf Bankı və digər qurumlar təmsil olunub.