5G Azərbaycanın ən sürətli şəbəkəsinin təqdimatında!

Bakı. Trend:
Bakcell 5G texnologiyasını istifadəyə verib. Hazırda sınaq
rejimində fəaliyyət göstərən 5G şəbəkəsi Bakının müxtəlif
ərazilərində – Fəvvarələr Meydanında, Xaqani bağında (Molokan bağı)
və “Dəniz Mall” ərazisində mövcuddur.
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin təqdimatında 5G
texnologiyasını Huawei, Xiaomi, OnePlus, Poco və Vivo
smartfonlarının sahibləri istifadə edə bilər.
Bakcell 5G texnologiyadan istifadə edən abunəçilərinə 5GB balans
da hədiyyə edir. Yuxarıda adları çəkilən mobil cihaz sahibləri
5G-nin mövcud olduğu ərazilərdə olarkən telefonda
*501*1# kodunu yığmalıdırlar. Əgər abunəçinin
cihazı 5G texnologiyasını dəstəkləyirsə, onun nömrəsinin balansına
5 GB həcmində 5G trafiki hədiyyə olunacaq. Bu balans 1 saat ərzində
5G sınaqları keçirilən ərazilərdə istifadə edilə bilər.
Ətraflı məlumatı 5g.bakcell.com səhifəsindən əldə etmək
mümkündür.
Bakcell Azərbaycanda eSIM və VoLTE texnologiyalarını tətbiq edən
ilk mobil operatordur. Bakcell şəbəkəsi Ookla® tərəfindən
“Azərbaycanın ən sürətli mobil şəbəkəsi” kimi tanınır.