İqtisadiyyat

2022-ci ildə Azərbaycanda 68 yeni dövlət standartı qəbul edilib

Bakı. Trend:

2022-ci ildə Azərbaycanda 68 yeni dövlət standartı qəbul
edilib.

Trend-in məlumatına görə, bu barədə bu gün İqtisadiyyat
Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət
Xidmətinin rəisi Məmməd Abbasbəyli 2022-ci ilin yekunlarına həsr
olunmuş mətbuat konfransında deyib.

O, 2021-ci ildə bütünlükdə 36 dövlət standartının qəbul
edildiyini qeyd edib.

“2022-ci ildə verilən uyğunluq sertifikatlarının ümumi sayı 2065
olduğu halda, 2021-ci ildə 1733 uyğunluq sertifikatı verilib”, – o
deyib.


Abbasbəyli həmçinin Azərbaycan Standartlaşdırma İnstitutunun
(AZSTAND) Türk Standartları İnstitutu ilə əməkdaşlıq çərçivəsində
ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartlarının rəsmi
nəşrlərini yaymaq hüququ əldə etdiyini əlavə edib.

“AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda
2022-ci il ərzində 2700-dən çox məhsul üzrə 12000-dən çox sınaq
aparılıb”, – M.Abbasbəyli bildirib.

Xəbər yenilənəcək

Bənzər məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button